"Antalyaspor" klubunun israilli müdafiəçisi Saqiv Yehezkel Superliqa çərçivəsində "Trabzonspor"la matçda qol vurduqdan sonra etdiyi jestə görə Türkiyədə həbs olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Hurriyet Daily News" yayıb.
Yeçezkel fərqləndikdən sonra “100 gün, 7 Oktyabr” yazılmış qolunu göstərib. Belə ki, futbolçu 2023-cü il oktyabrın 7-də Fələstinlə başlayan hərbi münaqişədə İsrailə dəstək vermək qərarına gəlib.
Hadisədən sonra “Antalyaspor” Yehezkeli “ölkənin dəyərlərinə zidd hərəkət”də ittiham edərək, futbolçu ilə əməkdaşlığı dayandırıb. Türkiyə Futbol Federasiyası bəyanat yayaraq Saqivin qəbuledilməz davranışından təəssüfləndiyini bildirib. Mənbə futbolçunun həbs edildiyinu bildirib.
Mirağa