"Əl-İttihad" ın hücumçusu Kərim Benzema karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "The Telegraph" yayıb.
Xəbərə görə, fransalı forvard "Çelsi"nin maraq dairəsindədir.
Xatırladaq ki, Benzema 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Onun Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir. Fransalı forvard cari mövsüm klubunun forması ilə 20 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
Nahid Məmmədov