Ötən gün İngiltərə çempionatının 21-ci turu çərçivəsində “Mançester Yunayted” və “Tottenhem” üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən görüş 2:2 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb.
"Opta Sports"-un hesablamasına görə, Premyer Liqada qol seriyasını 33 matça çatdıran hotspurlular klub rekorduna imza atıb. “Tottenhem” Premyer Liqada sonuncu dəfə ötən ilin martında qol vura bilməyib.
Cari İngiltərə çempionatının 21-ci turundan sonra "Tottenhem" 40 xal toplayıb və beşinci yerdədir.
Mirağa