"Atletiko Madrid"in sabiq müdafiəçisi Xorxe Qriffa dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
89 yaşında vəfat edən argentinalı 1959-1969-cu illərdə “Atletiko”nun rənglərini qoruyub. O, komandanın heyətində 247 oyun keçirib və 6 qol vurub.
Qriffa 1966-cı ildə "Atletiko" ilə çempionluq qazandı. Bundan əlavə, o, Madrid komandası ilə 3 dəfə İspaniya Kubokunun və Kuboklar Kubokunun qalibi olub .
2020-ci ildə nüfuzlu "Marca" qəzeti Griffanı "Atletiko Madrid" tarixinin ən yaxşı müdafiəçiləri sırasına daxil edib.
Mirağa