Dortmund "Borussiya"sının rəhbərliyinin komandanın yarımmüdafiəçisi Marko Roysla bağlı planları açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport Bild" yayıb.
Xəbərə görə, Almaniya nəhənginin idarəçiləri müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 34 yaşlı Roysla anlaşma yeniləmək perspektivinə şübhə ilə yanaşırlar. Mənbə Markonun performansının klubdakı əsas söz sahiblərini qane etmədiyini vurğulayıb. Sözügedən oyunçunun yayda böyük ehtimalla, adı açıqlanmayan digər Almaniya təmsilçisinə qoşulacağı bildirilib.
Xatırladaq ki, Roys 2012-ci ildən "Borussiya"nın uğurları üçün çalışır.