"Milan"ın və ABŞ millisinin hücumçusu Kristian Pulişiç 2026-cı ildə keçiriləcək dünya çempionatı barədə planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" onun dediklərini belə çatdırıb:
"Uşaq vaxtı Klint Dempsinin bu turnirdə vurduğu qolları, Lendon Donovanın DÇ-2010-da Əlcəzairin qapısından qələbə topunu keçirməsini izləmişəm. Uşaqların yaddaşlarında məhz belə anlar qalır. Yüksək səviyyəli futbol sərgiləyən həmyerliləri ilə fəxr edir, onlar kimi olmağın xəyallarını qururlar. Mən də o anlardan ilhamlanmışam. Qarşıdakı mundialda uşaqların ilham mənbəyinə çevrilmək istəyirəm. Bundan daha yaxşı ola bilməz".
Xatırladaq ki, DÇ-2026 11 iyun - 19 iyul aralığında ABŞ-də keçiriləcək.