Gürcüstanın yüksək liqasında çıxış edən “Telavi” klubu Oleq Vasilenkonun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 50 yaşlı rusiyalı mütəxəssisin əvvəlki iş yeri keçən ilin noyabrında tərk etdiyi "Alaniya" olub.
Vasilenko ilə müqavilənin bir il müddətinə olduğu və daha bir mövsüm uzadılmasının mümkünlüyü xəbər verilib.
Vasilenko Rusiyada “Ural”, “Soçi”, “Mordoviya” və “Fakel”i çalışdırıb.
Mirağa