Dünən Yunanıstan çempionatının 18-ci turunda paytaxt klubları - AEK və "Panatinaikos" üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, bir müddət əvvəl Fatih Terimin sükanı arxasına keçən keçdiyi "Panatinaikos" səfər matçında əsas vaxtı öndə tamamlasa da, 96-cı dəqiqədə hakim penalti təyin edib və AEK məğlubiyyətdən qaçmağı bacarıb - 2:2.
Oyundan sonra Terim hakimlərin qərarından gileylənib. Klubun mətbuat xidməti türkiyəli mütəxəssisin dediklərini belə çatdırıb: "Mübahisə etmirəm, gördüklərinə əsasən penalti təyin etdilər. Ancaq eyni zamanda, hakimlərdən soruşmaq istəyirəm: bizim lehimizə verilməli olan penalti zamanı niyə VAR-a baxmadınız? Niyə qərarınıza əmin olmaq istəmədiniz?"
Qeyd edək ki, hazırda 41 xalı olan "Pnatinaikos" PAOK-la birgə şərikli liderdir.
Mirağa