İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini məşqçiliyə başlayıb.
Fanat.Az xəbər verir ki, o, MLS komandalarından olan "Los Anceles"də məşqçi kimi çalışacaq.
Amerika komandasının mətbuat xidməti bu barədə məlumat yayıb. Klub Kyellinini oyunçuların inkişafı üzrə məşqçi vəzifəsinə təyin edib.
Xatırladaq ki, 39 yaşlı italyan 2022-ci ilin iyununda "Los Anceles"ə keçmiş, 2023-cü ilin dekabrında orada futbolçu karyerasını başa vurduğunu elan etmişdi.
Mirağa