10:16 17.01.2024 1384

Kapello Mourinyuya görə "Roma" rəhbərliyini sərt tənqid etdi

Tanınmış italiyalı mütəxəssis Fabio Kapello "Roma"nın sahiblərini Joze Mourinyunu baş məşqçi postundan qovduqlarına görə sərt tənqid edib. 

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" Kapellonun dediklərini belə çatdırıb:

"Futbol klublarının amerikalı sahiblərinin qəribə metodu var: öz işçilərinə qarşı hörmətsiz davranırlar. "Milan" rəhbərliyinin Paolo Maldinini bir telefon zəngi ilə istefaya göndərdiyini gördük. İndi isə Joze Mourinyu oxşar vəziyyət ilə üzləşdi. Bazada olarkən daha komandanın baş məşqçisi olmadığını öyrəndi.

ABŞ-dən olan sahiblər üçün yalnız biznes var. Düzdür, qərarı onlar qəbul edirlər. Amma məncə, işçilərinizə müəyyən hörmət hissiniz olmalıdır. Bəyanat yaymaqdan və ya soyuq zəngdənsə, fərqli cür vidalaşmaq daha yaxşı olardı.

"Roma" rəhbərliyindən bu qərarı, xüsusən də belə davranışını gözləmirdim. Aydın idi ki, Mourinyu ilə münasibətləri artıq əvvəlki kimi deyildi. Onun bir neçə sorğusuna cavab vermədilər, bu isə nəyinsə yolunda olmadığının siqnalı idi. 

Mourinyuya qarşı heç vaxt klub çalışdırmayan birinə qarşı olduğu kimi davrandılar. Bu, təkcə Avropa deyil, dünya futboluna çox şey bəxş edən məşqçiyə böyük hörmətsizlik oldu. Mənim üçün bu, qəbuledilməzdir.

Oxşar hadisə ilə Rusiyada işləyərkən üzləşmişdim. Avstriyaya məğlubiyyətdən sonra hava limanına doğru hərəkət etdiyim vaxt mənə hər şeyin bitdiyini demək üçün zəng etmişdilər. Ancaq bu, Rusiya idi. Düşünürəm ki, belə vəziyyətlərdə rəhbərliyin baş məşqçi ilə münasibətləri fərqli olmalıdır".

Joze Mourinyunun istefası çərşənbə axşamı elan edilib. Portuqaliyalı 2021-ci ilin may ayından "Roma"ya rəhbərlik edirdi. O, bu komandaya Konfrans Liqası titulunu qazandırıb, ötən il isə romalıları Avropa Liqasının finalına çıxarıb.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X