"Firminonun "Çelsi"yə keçə biləcəyini oxuyanda təəccübləndim. O, "Liverpul" üçün çox şey edib, indi "Çelsi"yə qoşulmaq istəyirsə, öz işidir".
Fanat.Az "Liverpool Echo"ya istinadən xəbər verir ki, bunu "Liverpul"un sabiq futbolçusu Con Oldric deyib.
Oldric hazırda formasını geyindiyi "Əl-Əhli"dən ayrılmağı planlaşdıran braziliyalı futbolçuya uğur arzulamayacağını bildirib: "Məncə, "Çelsi"dəkilər nə etdiklərini özləri də bilmirlər. Hə, azarkeşlər də Firminonun "Liverpul" üçün nələr etdiyini unutmayıblar. Ancaq "Çelsi"yə keçsə, mən ona uğur arzulamayacam. Çünki "Çelsi"dən xoşum gəlmir. Ümid edirəm ki, bu baş versə, Firmino hər oyunda qol vuracaq, komandası isə uduzacaq".