İtaliyanın "Yuventus" klubunun formasını geyinən Kenan Yıldız qış transfer dönəmində komandasını tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, Turin klubu 18 yaşlı hücumçu üçün 35-40 milyon avroluq transfer təkliflərini rədd edib.
Qeyd edək ki, Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nahid Məmmədov