"Trabzonspor"un futbolçusu Anastasios Bakasetas karyerasını Yunanıstan Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, yunanıstanlı yarımmüdafiəçi "Panatinaykos" ilə anlaşmaq üzrədir.
Qeyd edək ki, Bakasetas 2021-ci ildən "Trabzonspor"un şərəfini qoruyur. Terim bu ay sözügedən Yunanıstan təmsilçisinə baş məşqçi təyin edilib.
Nahid Məmmədov