“Atletiko Madrid”in futbolçusu Çağlar Söyüncü karyerasını Portuqaliya Primeyrasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "A Bola" yayıb.
Xəbərə görə, türkiyəli müdafiəçi "Portu"nun maraq dairəsindədir.
Qeyd edək ki, Söyüncünün La Liqa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nahid Məmmədov