Futbol tarixində ən çox nifrət edilən insanların reytinqi təqdim edilib.
Fanat.Az xəbər xəbər verir ki, "FourFourTwo" portalının açıqladığı siyahıya keçmiş ingilis yarımmüdafiəçi Coy Barton başçılıq edir.
İkinci sırada FİFA-nın keçmiş rəhbəri Yozef Blatter qərarlaşıb. İlk "üçlüy"ü isə Almaniya millisinin keçmiş qapıçısı Harald Şumaxer qapayır.
Qeyd edək ki, reytinqdə yeddinci yeri "Əl-Nəsr"də çıxış edən ulduz hücumçu Kriştianu Ronaldu tutub. Onuncu yerdə onun həmyerlisi, məşqçi Joze Mourinyu qərarlaşıb. İlk "onluq"da həmçinin, Mişel Platini, Əl Haci Dyuf, Con Terri, Luis Suares və Pit Vinkelmann yer alıb.
Mirağa