Dünən "Əl-İttifaq"dan ayrılaraq "Ayaks"la müqavilə bağlayan Cordan Henderson Amsterdam təmsilçisinə keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Amsterdam! Burada olduğum üçün necə də xoşbəxtəm. Sizin hamınızı görmək üçün səbirsizlənirəm".
Xatırladaq ki, Henderson "Əl-İttifaq"a ötən ilin yayında "Liverpul"dan transfer olunmuşdu.