"Lill"in müdafiəçisi Tiaqu Calo gələn həftədən "Yuventus"un futbolçusu olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, futbolçu bazar günü Turinə uçacaq və bazar ertəsi tibbi müayinədən keçəcək.
Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilə qədər razılaşdırılıb.
"Yuventus" bu transfer əməliyyatı üçün "Lill"ə 3,5 milyon avro + oyunçunun sonrakı satış məbləğinin 10 faizi məbləğində vəsait ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı Calo 2019-cu ildən "Lill"in formasını geyinir. Xaçvari diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan kənarda qalan portuqaliyalı cari mövsüm 1 oyuna da çıxmayıb.
Mirağa