"Beşiktaş" ın gənc futbolçusu Semih Kılıçsoy karyerasını İngiltərə Prmeyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Takvim" yayıb.
Xəbərə görə, 18 yaşlı forvard "Tottehem” in diqqət mərkəzindədir.
Mənbənin məlumatına görə, Hotspur klubunun funksionerləri Semihin oyununu izləmək üçün İstanbula gəliblər.
Qeyd edək ki, Semih 2023-cü ildən "Beşiktaş" ın şərəfini qoruyur.
Nahid Məmmədov