"Yuventus"un hücumçusu Moyze Kin karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Alfredo Pedula yayıb.
Xəbərə görə, Turin təmsilçisinin forvardı icarə əsasında "Atletiko Madrid"in formasını geyinəcək. Mənbə paytaxt klubunun "qoca sinyora"ya 400 min avro ödəyəcəyini və icarə müqaviləsində "Atletoko"nun sonradan Moyzenin transfer hüquqlarına yiyələnməsinin nəzərdə tutulmayacağını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Yuve" forması ilə bütün turnirlərdə 12 matça çıxan Kin məhsuldar göstəricilərlə yadda qalmayıb.