"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann ideal forvardın hansı futbolçuların özəlliklərini özündə cəmləşdirməli olduğunu deyib.
Fanat.Az "ESPN"ə istinadən xəbər verir ki, Fransa millisinin üzvü belə danışıb:
"Xəyalımdakı forvard Bekhemin ötürmə etmək məharətinə, Busketsin zəkasına, Kriştianu Ronaldunun gücünə malik oyunçudur. Dözümlülük? Özümün dözümlülüyüm bəs edər. Kokenin işgüzarlığı, Tyerri Anrinin sürəti, Messinin texnikası və Filippo İnzaginin bitiriciliyini də bura əlavə edək".
Qrizmann cari mövsüm "Atletiko"nun forması ilə bütün turnirlərdə 28 matça çıxaraq 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.