"Barselona"nın sabiq futbolçusu Arturo Vidal karyerasını vətəni Çilidə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin "Kolo-Kolo" klubunun mətbuat xidməti ulduz futbolçu ilə müqavilə imzaladığını açıqlayıb.
Tərəflər arasında 1 mövsümlük müqavilə imzalanıb.
Vidal sosial şəbəkə hesabında dönüşünü bu sözlərlə qeyd edib: “Mən qayıtdım və ümid edirəm ki, mühüm nəticələr əldə edəcəm. Bu il gözəl olacaq, biz "Kolo-Kolo"nu layiq olduğu yerə qaytaracağıq”.
Çilili futbolçu karyerası ərzində “Yuventus” (2011-2015), “Bayern Münhen” (2015-2018) və “Barselona” (2018-2020) kimi top klublarda oynayıb. Vidal peşəkar karyerasına məhz "Kolo-Kolo"da başlayıb.
Mirağa