Əfsanəvi braziliyalı hücumçu Ronaldo "Real Madrid"ə keçidi gündəmdə olan PSJ-nin hücumçusu Kilian Mbappenin durumundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" onun dediklərini belə çatdırıb:
"Real Madrid" həmişə dünyanın ən yaxşı oyunçularını transfer edir. Onlar uzun illərdir bu fəlsəfəni qoruyub saxlayırlar və klubun ən yaxşıları işə götürməyə davam etmək istəməsi təəccüblü deyil.
Mbappenin "Real"a gedib-getməcəyini bilmirəm. Amma deyə bilərəm ki, o, ispan dilini mükəmməl bilir. Açığı, onun bu dili necə yaxşı bildiyi məni heyran etdi. Sonda nə olacağını bilmirəm, amma bu sabun operası çox çəkdi (gülümsəyir)”.
Mirağa