Fransanın "Lill" klubunun müdafiəçisi Leni Yoro karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mənbənin məlumatına görə, "Çelsi" futbolçunun xidmətində maraqlıdır. Paytaxt klubu 18 yaşlı futbolçunu bu mövsümün sonunda karyerasını başa vura biləcək Tyaqo Silvanın əvəzedicisi kimi görür.
18 yaşlı futbolçunun "Lill"lə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. "Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir.
Bu mövsüm Yoro bütün turnirlərdə 24 oyunda iştirak edib və o, üç qol vurub.
Mirağa