"Real" hücumameyilli yarımmüdafiəçisi Vinisius Junior Madridi tərk edə biləcəyini bildirib.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz bu zaman gedə biləcəyi yeganə klubun adını açıqlayıb.
"Düşünürəm ki, karyeramın sonuna qədər "Real Madrid"də qala bilərəm. Mən Madriddə həyatı sevirəm, ailəm də buranı sevir. Sevdiklərim şəhərdə gəzəndə tanınır və hər şeyin yaxşı olmasını arzulayırlar. Bununla belə, həyatımın klubu "Flamenqo"dur. Mən atama söz vermişdim ki, bir gün ora qayıdacağam və bu sözümə əməl etməliyəm”.
Qeyd edək ki, braziliyalı futbolda ilk addımlarını "Flamenqo"da atıb. O, 2018-ci ilin yayında, 18 yaşı tamam olarkən 45 milyon avroya "Real Madrid"ə məhz "Flamenqo"dan keçib.
Mirağa