Jurnalist və şərhçi Viktor Vatsko ilə "Krivbass"ın vitse-prezidenti Artyom Qaqarin Ukrayna Futbol Assosiasiyasında Andrey Şevçenkonun komandasında yer alacaq.
Fanat.Az xəbər verir ki, bu idda "Tribuna"-ya məxsusdur.
Mənbənin məlumatına görə, hər iki mütəxəssis UAF-da vitse-prezidenti olacaq.
Bundan əvvəl “Dinamo”nun və Ukrayna millisinin sabiq futbolçusu Oleq Lujninin vitse-prezident olacağı bildirilirdi.
Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyasına prezident seçkiləri yanvarın 25-də keçiriləcək. Rəhbər posta yeganə namizəd Andrey Şevçenkodur.
Mirağa