UEFA prezidenti Aleksander Çeferin Rusiyanın gənclərdən ibarət yığma komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verilməsinin tərəfdarı olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, sloveniyalı funksioner "Telegraph Sport"-a müsahibəsində bu barədə danışıb.
"Sanksiyaların yumşaldılmasını istəyirəm ki, rus uşaqlarının beyinləri yuyulmasın və onlarda qərbə nifrət aşılanmasın. Onları günahı olmayan bir işə görə cəzalandırmağı səhv hesab edirəm. Bununla belə, hərbi əməliyyatların davam etdiyi müddətdə böyüklərdən ibarət Rusiya millisi üçün qadağanın saxlanılmasının tərəfdarıyam".
Qeyd edək ki, UEFA sentyabrda Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandasının qitə çempionatına buraxıldığını rəsmən açıqlasa da, ictimai təzyiq altında qalan qurumun İcraiyyə Komitəsi tezliklə bu qərarı ləğv edib.
Mirağa