"Mançester Yunayted" in futbolçusu Kristian Eriksen karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyənin "Star" nəşri yayıb.
Xəbərə görə, danimarkalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. 31 yaşlı danimarkalı keçidin baş tutmasına müsbət yanaşır.
Qeyd edək ki, Eriksen cari mövsüm "Mançester Yunayted" forması ilə 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov