Tunis millisi baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, Cəlel Qədri komandanın Afrika kubokundan kənarlaşdırılmasından sonra postunu tərk edib.
Bu barədə mütəxəssis mətbuat konfransında məlumat verib. Qədri jurnalistlərlə görüşündə: "Tunis milli komandasının başında mənim missiyam tamamlandı", - deyib.
Ötən gün Tunis yığması Cənubi Afrika yığması ilə heç-heçə oynayıb (0:0). Beləliklə, sözügedən yığma E qrupunda Mali, Cənubi Afrika və Namibiyadan sonra sonuncu yerdə qərarlaşaraq turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Tunis millisi üç oyunda iki xal toplayıb.
Mirağa