"Milan"ın tranfser etmək istədiyi Kallum Uilson yalnız İtaliya deyil, İngiltərə nəhənginə də keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Jak Talbo yayıb.
Xəbərə görə, "Nyukasl"ın forvardını "Çelsi" də diqqətdə saxlayır. Mənbə "zadəganlar"ın Uilsonun uyğunlaşma prosesinə vaxt itirməyəcəyinə əmin olduqlarını, fevralda 32 yaşı tamam olacaq futbolçunun hücum xəttinə canlanma gətirəcəyini düşündüklərini vurğulayıb.
"Nyukasl" daha əvvəl Uilson üçün "Atletiko Madrid"dən gələn icarə təklifini rədd edib.
31 yaşlı forvardın "sağsağanlar"la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Uilson bu mövsümdə 20 oyuna çıxaraq 8 qol vurub. "Transfermarkt" sözügedən oyunçunun transfer qiymətini 13 milyon avro ilə dəyərləndirir.