"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves məhkəmə qarşısına çıxacaq.
Fanat.Az xəbər verir ki, sabah baş tutacaq proses Bakı vaxtı 13:00-da başlayacaq.
Prokurorlar ötən ilin 20 yanvar tarixində gecə klublarının birində qadına təcavüz etməkdə ittiham olunan "sambaçı"nın 9 il müddətinə həbsini istəyirlər. Bundan başqa, Alvesin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.