"Bayer Leverkuzen" klubunun yarımmüdafiəçisi Florian Virts Avropanın 5 böyük çempionatında (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) assistlərə görə ən yaxşı oyunçudur.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, alman yarımmüdafiəçi 15 məhsuldar ötürmə ilə ən yaxşı ötürmələr siyahısında birinci yerdədir.
Reytinqdə sonrakı yerləri hərəyə 12 məhsuldar ötürmə ilə Leroy Sane (“Bayern”) və Bukayo Saka (“Arsenal”) tutur. Darvin Nunyes (“Liverpul”) və Paskal Qross (“Brayton”) hərəyə 11 məhsuldar ötürmə edib.
Virts 2020-ci ildən "Bayer Leverkuzen"də oynayır. Yarımmüdafiəçinin transfer dəyəri 100 milyon avro qiymətləndirilir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2027-ci ilin ortalarına qədər hesablanır.
Mirağa