"Bayer Leverkuzen"in çalışdırıcısı Xabi Alonso Almaniya Bundesliqasının 21-ci turunda "Bayern Münhen" üzərində qazanılan böyükhesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" doğma meydanda 3:0 hesabı ilə qalib gələn “əczaçılar”ın ispan baş məşqçisinin dediklərini belə çatdırıb.
“Komanda əla iş gördü. Nizam-intizam və birlik ən yüksək səviyyədə idi. Mənim oğlanlarım çox gözəl oyun sərgilədilər. Çox şanslarımız oldu, rəqibin isə demək olar ki, şansı yox idi. Oyunçularım nə istədiklərini bilirlər və inanırlar”.
Qeyd edək ki, bu matçdan sonra "Bayer" ölkə çempionatının turnir cədvəlində "Bayern Münhen" üzərində xal fərqini 5-ə çatdırıb.