İspaniya La Liqasının 24-cü turunun "Jirona" ilə oyunun (4:0) qəhrəmanı olan "Real"ın yarımmüdafiəçisi Cud Bellinghem iki qola imza atıb.
Fanat.Az "Otto Sport"a istinadən xəbər verir ki, beləliklə Madrid klubunda keçirdiyi 29 görüşdə 20 qol vurub 8 məhsuldar ötürmə edən britaniyalı İspaniya nəhənginin gəlib-getmiş ən yaxşıl oyunçularından 5-ni geridə qoyub.
Xüsusilə, La Liqa matçlarında 16 qol vuran Cud oynadığı ilk mövsümdə Madrid komandasının sabiq ulduzlarından Devid Bekhem (13), Maykl Ouen (13), Aryen Robben (11), Uesli Sneyder (11) və Mikael Laudrupdan (12) çox fərqlənib.
Bellingem bu mövsüm "Real Madrid"in bombardiridir.