"Əl-Hilal"ın braziliyalı ulduzu Neymar karyerasını vətənində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Xəbərə görə, 32 yaşlı hücumçu Braziliyanın "Santos" klubundan dəvət alıb. Bu barədə sözügedən klubun prezidenti Marselo Teyşeyra açıqlama verrib: "Neymarla bu barədə söhbətimiz çox qısa oldu, lakin konkret danışıqlar çox vaxt daha təsirli olur".
Neymar 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. Lakin çarpaz bağı yırtığı səbəbindən əməliyyat olunub. O, 2024-cü ilin aprelinə qədər topa toxuna bilməyəcək. Braziliyalı forvard "Əl-Hilal"da çəmi beş matça çıxaraq bir qol vurub və üç məhsuldar ötürmə verib.
Avropa karyerasına "Barselona"da başlayan Neymar buna qədər - 2013-cü ilə kimi "Santos"da çıxış edib. Hücumçu bu klubun yetirməsidir.