"Bayer Leverkuzen"in idman direktoru Saymon Rolfes komandanın baş məşqçisi Xabi Alonsonun gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, klub funksioneri ZDF-ə açıqlamasında leverkuzenlilərin mövqeyini belə çatdırıb.
“Alonso hər şeydən, o cümlədən komandadakı işindən tam razıdır. Biz də həmçinin. Onun gedişi? Futbolda həmişə söz-söhbətlər olacaq. Biz birlikdə işləyirik və bir-birimizə güvənirik. Yaxın gələcəyə yalnız pozitivliklə baxırıq”.
"Bayer" son matçda doğma meydanda "Bayern Münhen"i qəbul edib. Görüş “əczaçılar”ın 3:0 hesablı böyükhesablı qələbəsi ilə başa çatıb. Bu uğur sayəsində Alonsonun komandası Münhen nəhəngindən 5 xal fərqlə ayrılıb.