"Atletik Bilbao"nun yarımmüdafiəçisi Niko Uilyams İngiltərə Premyer Liqasının iki top-klubunun maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, Londonun "Arsenal" və "Çelsi" klubları oyunçu üçün mübarizə aparır. Hər iki klub 21 yaşlı vingeri yay transfer pəncərəsində heyətinə qatmağa hazırlaşır.
Uilyamsın "Atletik"lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Niko cari La Liqa mövsümündə 20 oyun keçirib və 3 qol vurub, 6 məhsuldar ötürmə edib.