İndoneziyanın "Persikas Subanq" klubunun futbolçusu ildırım vurması nəticəsində həlak olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Detik Sport" yayıb.
Faciəli hadisə Bandunq şəhərindəki "Silivangi" stadionunda yoldaşlıq oyunu zamanı yaşanıb.
Zərbədən sonra futbolçu təcili xəstəxanaya yerləşdirilsə də, sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.