Yaradılmasının 130 illiyi ilə bağlı müxtəlif layihələr icra etməyə başlayan İtaliyanın "Milan" klubu yubileyinə yeni stadion hazırlayır.
Fanat.Az xəbər verir ki, bu barədə ictimaiyyətə klubun prezidenti Paolo Skaroni məlumat çatdırıb.
İtaliyanın "La Gazzetta Dello Sport" nəşri Skaroniyə istinadla bildirib ki, yeni stadion 70 min yerlik olacaq. Arenanın kiçik oteli, həmçinin klub muzeyi olacaq. Nəhəng idman qurğusu 2028-ci ilin yayında açılmalıdır.
Qeyd edək ki, Milanın iki klubu - "İnter" və "Milan" birlikdə 80 min yerlik "San Siro" stadionundan yararlanır.
"Milan" klubu İtaliya A Seriyasında 24 turdan sonra hazırda 3-cü pilədə qərarlaşıb.