"Real Madrid"in keçmiş qapıçısı İker Kasilyas "Barselona"nın vingeri Lamin Yamalı Ronaldinyo ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "SomISerem FCB" sosial şəbəkə hesabı əfsanəvi qolkiperin dediklərini belə çatdırıb:
“Laminin etdiyi hər şey mənə yalnız Ronaldinyonu xatırladır. Driblingi və hərəkəti tamamilə ona bənzəyir.
16 yaşında bir oğlan üçün bu, normal deyil. Belə davam etsə, gələcəkdə o, əfsanəyə çevriləcək”.
Yamal fevralın 11-də La Liqanın 24-cü turunda “Qranada” ilə matçında dubl edib. 16 yaşlı vingerin hazırda çempionatda 3 qolu var. La Liqa tarixində 17 yaşa qədər heç kim ondan çox qol vurmayıb.
Mirağa