"Real Madrid"in vingeri Vinisius Junior Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçda - "Leyptsiq"lə görüşdə "Kral klubu"nun qapısını qoruyan Andrey Lunini tərifləyib.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz şəxsi "X" hesabında bu barədə paylaşım edib:
"Əla oyun idi, Andrey! Yolumuza davam edirik. "Santyaqo Bernabeu"da görüşərik".
Xatırladaq ki, "Real" dünən Almaniyada keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.