“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Braziliyada klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi “İnternasyonal”dan ayrılaraq Braziliyanın digər təmsilçisi “Korintians”la müqavilə imzalayıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın tarixində Çempionlar Liqasının qrup mərhələsində ilk qolu vurmuş futbolçu olub. O, 2017/2018 mövsümündə “Roma” (1:2) ilə Bakıda keçirilmiş görüşdə fərqlənib.
Pedro Enrike karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” komandalarının da formasını geyinib.