"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxelin postunu nə vaxt tərk edəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bunu Almaniya nəhənginin rəsmi saytına açıqlamasında klubun direktoru Yan-Kristian Drezen deyib:
"Onunla açıq söhbət etdik və qərara gəldik ki, bu yay əməkdaşlığa son qoyaq. "Bayern"in hədəfi yeni baş məşqçi ilə yenidənqurmadır. O vaxta qədər klubdakı bütün insanların əsas məqsədi Çempionlar Liqasında və Bundesliqada maksimum nəticəyə nail olmaqdır. Təbii ki, komandanın üzərində məsuliyyət var. Xüsusilə ÇL-də "Latsio"dan səfərdə alınan 0:1 hesablı məğlubiyyətin əvəzini çıxacağımıza və 1/4 finala yüksələcəyimizə inanırıq".