Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu Dieqo Armando Maradona Sinaqra Çempionlar Liqasının pley-off mərhələsində bir vaxtlar atasının rəngini qoruduğu iki komanda - “Napoli” və “Barselona” arasında keçiriləcək görüşlə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" oğul-Maradonanın dediklərini belə çatdırıb:
"Əmin olduğum tək şey odur ki, atam da bir gün "Napoli" ilə "Barsa"nın "Maradona Stadionu"nda görüşməsini istərdi. O, "Napoli"yə azarkeşlik edərdi. Düzdür, "Barselona"da da yaxşı vaxt keçirmişdi, lakin bu, onun İtaliyadakı hekayəsi ilə müqayisə edilə bilməz. Barselonada hər şey yolunda getmədi, orada prezidentlə yola getmədi. Neapolda isə onun insanlarla münasibətləri daha yaxşı idi.
Atamın adını daşıyan stadionda hələ də onun heykəli var. İçəridə, paltardəyişmə otağında. "Barsa"nın oyunçuları bu gün atalarını görəndə necə möhtəşəm stadionda oynayacaqlarını anlayacaqlar".
"Napoli" ilə "Barselona" arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu bu axşam, fevralın 21-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mirağa