Kipr liqasında böyük qalmaqal yaşanır.
Fanat.Az xəbər verir ki, "Aris" klubunun baş məşqçisi Aleksey Şpilevski son turda AEL-lə (4:0) derbidən əvvəl futbolçularının zəhərləndiyini iddia edib.
Belaruslu mütəxəssis bu barədə "Instagram" hesabında paylaşım edib: ""Ayrıseçkilik, ölüm arzusu, bilərəkdən meydançaya top atmaq, indi də komandanın zəhərlənməsi... Bundan sonra nə? Utancverici, ən iyrənc və indiyə qədər gördüyüm ən pis şeydir. Kipr kimi gözəl bir adada belə hallarla üzləşmək... Bu dinsizlikdir. Unutma ki, karma geri qayıdır...".
Kipr mətbuatı bazar günü baş tutan Limassol derbisindən bir gün əvvəl “Aris”in bir neçə futbolçusunda ağır zəhərlənmə əlamətlərinin olduğunu yazıb. Təxminən 20 futbolçu və məşqçilər korpusunun bir üzvü ağır qida zəhərlənməsinə məruz qalıb və komanda tədbirində yemək yedikdən sonra xəstəxanaya aparılıb. Məlum olub ki, hər iki komanda şam yeməyində birlikdə görüşüb.
Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanları zəhərlənmənin qəsdən olub-olmadığını yoxlayırlar.
Mirağa