Türkiyənin "Beşiktaş" klubu ötən yay "Milan"dan transfer etdiyi hücumçu Ante Rebiçlə yollarını ayıracaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubunun baş məşqçisi Fernandu Santuş 30 yaşlı xorvatiyalının göndərilməli olduğu haqda rəhbərliyə bilgi verib.
Bu üzdən Türkiyə Super Liqasının 26-cı turunda “Beşiktaş”ın “Konyaspor”a 2:0 hesabı ilə qalib gəldiyi matçda Rebiç heyətdə yer almayıb. Əvvəlki iki çempionat matçında isə o, üç və səkkiz dəqiqə meydanda olub. Santuş Rebiçin sisteminə uyğun gəlmədiyi üçün bu qərarı verib.
Rebiç bu mövsüm 23 oyuna çıxıb, lakin cəmi 691 (orta hesabla 30) dəqiqə meydanda olub. O, bir qol vurub, beş qol ötürməsi edib.
Mirağa