"Napoli"nin kapitanı Covanni Di Lorentso Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan - Neapolda "Barselona" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Belə oyunda bərabərlik yaxşı nəticədir. Hər şey cavab qarşılaşmasında həll olunacaq. Əla rəqibə qarşı yaxşı oyun sərgilədik. Hesabda geri düşsək də, tarazlığı vaxtında bərpa etdik. Barselonaya yolumuza davam edə biləcəyimizi dərk edərək yollanacağıq. Bu gün bizi inanılmaz şəkildə dəstəkləyən azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, tərəflərin "Olimpik Lüis Kompanis" stadionundakı ikinci matçı martın 12-də baş tutacaq.