Cari mövsümün sonunda "Bayern Münhen"dən ayrılacağı dəqiqləşən Tomas Tuxel İngiltərə nəhəngini çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Kicker" yayıb.
Xəbərə görə, "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq qovulacağı halda, onun yerini tutmağa əsas namizədlərdən biri məhz Tuxel olacaq. Mənbə alman mütəxəssisin "qırmızı şeytanlar"a rəhbərlik etmək perspektivinə isti yanaşdığını vurğulayıb. Ten Haq postunda qalacağı təqdirdə, Tomasın məşqçilik karyerasına fasilə verərək müəyyən müddət istirahət edəcəyi açıqlanıb.
2023-cü ilin martından "Bayern"i çalışdıran 50 yaşlı mütəxəssis Almaniya nəhəngi ilə Bundesliqanın qalibi olub.
21 oyuna 50 xal toplayan münhenlilər hazırda Bundesliqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutublar. Tuxelin komandası lider "Bayer Leverkuzen"dən 8 xal geri qalır.