"Əl-Nəsr"in futbolçusu Otavio karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Haber7" yayıb.
Xəbərə görə, tərcübəli yarımmüdafiəçi "Qalatasaray"ın maraq dairəsindədir.
"Transfermarkt" Braziliyada doğulmuş portuqaliyalı futbolçunun transfer dəyərini 30 milyon avro ilə qiymətləndirir.
Qeyd edək ki, sözügedən oyunçu 2023-cü ildən "Əl-Nəsr" in şərəfini qoruyur.
Nahid Məmmədov