"Latsio"nun baş məşqçisi Mauritsio Sarri İtaliya çempionatının 26-cı turunda "Fiorentina"dan aldıqları məğlubiyyətdən (1:2) sonra Roma təmsilçisinin rəhbərliyini qınayıb.
Fanat.Az xəbər verir ki, 65 yaşlı mütəxəssisin dediklərini jurnalist Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Pis çıxış etdik. Meydanda psixoloji cəhətdən sarsılmış komanda gördüm. Hesabda önə keçmək belə, layiq deyildik. "Latsio"ya oyunçuları mən gətirmişəm? Məncə, iyulda klub bu işləri kimin gördüyünü aydın şəkildə ortaya qoydu. Mən sizdən A səviyyəli oyunçu istəyirəm, siz isə C və D variantlarından birini seçməyimi tələb edirsiniz... Bu, transferləri mənim həyata keçirməyimdir?"
Qeyd edək ki, hazırda 40 xalı olan "Latsio" A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.