Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”də növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, o, sözügedən klubun U-21 komandasının heyətində oyuna çıxıb.
21 yaşlı forvard Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə iştirak edib. Əsas komandanın daha bir neçə üzvünün oyun təcrübəsi toplamaq iştirak etdiyi Elit Liqa Kubokunun qarşılaşması “Yurqorden”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı komandasının ilk qolunun müəllifi olub.
Qeyd edək ki, İsveç çempionatında yeni mövsümə martın 30-da start veriləcək. “Yurqorden” ilk oyununu aprelin 1-də səfərdə “Höteborq”a qarşı keçirəcək.